Yazını böyüt
Yazını kiçilt
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazı və neft satışı ilə bağlı açıqlama verib.
Hafta.az yazır ki, "Bu müharibənin tənliyi aydındır: ya hamımız, ya da heç birimiz!" ifadəsini işlədən Qalibaf deyib: "Neft satmadığımız bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz olmayacaq".
Qalibaf Hörmüz boğazının təhlükəsizliyinin ABŞ qüvvələrinin olmamasından asılı olduğunu iddia edərək deyib: "Biz dəfələrlə demişik ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq".