Qanunsuz silah saxlayan şəxslər saxlanılıb 

18:00 05.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibrli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibrli, tək lüləli tüfəng  aşkar edərək götürüb.

Hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.