“Qara dənizdəki vəziyyət qısamüddətli gərginliyə səbəb olacaq” – Ramazan Çinar

10:45 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Taxıl ticarəti müharibədən əvvəlki dövrlə müqayisədə 5 dəfə yavaş aparılır. Taxıl Dunay çayı vasitəsilə Rumıniyaya və qatarla Polşaya ixrac edilsə də, bu həllər kifayət deyil. Bundan əlavə, daşımaların yavaşlaması və gözləyən gəmilərin sayının artması digər tranzitlərə mənfi təsir göstərir. Gəmilərin gözləmə müddəti nə qədər uzun olarsa, xərclər də bir o qədər artar. Bu vəziyyət daşınması yavaşlayan məhsullara daha çox mənfi təsirlər yaradacaq. Düşünürəm ki, müharibənin təsirləri zaman-zaman artacaq və bu, qısa müddətdə neqativlərə gətirib çıxaracaq. Məncə, bütün dünyada yaşanan inflyasiyanı nəzərə alsaq, bu vəziyyətin tam böhrana çevrilməsinə imkan verilməyəcək”.

Hafta.az-ın yazdığına görə, bu sözləri türkiyəli iqtisadçı Ramazan Çinar deyib. Onun sözlərinə görə, Rusiya bildirib ki, taxıl dəhlizi sazişindən çıxdıqdan sonra Ukrayna limanlarına gedən bütün mülki gəmilər də potensial silah daşıyan gəmilər hesab olunacaq. Bu vəziyyət izah edilsə də, ciddiliyi ilk ticarət gəmisində açılan atəşlə başa düşüldü.

“Düşünürəm ki, bu vəziyyət qısamüddətli gərginliyə səbəb olacaq, əslində ticarət gəmiləri bundan sonra daha ehtiyatlı davranacaqlar. İnsanlar risklərin artması səbəbindən həmin bölgədə ticarət etmək istəməyə bilərlər. Bu, həmin bölgə ilə ticarətin daha az və daha çox bahalaşmasına səbəb ola bilər. Mənfi cəhətlər xərclərin artmasına səbəb olacaq. Bazar gərginliyi qeyri-müəyyənliyi sevmir. Belə mənfi hallar həm ticarət, həm də insan həyatı üçün təhlükə yaradır. Ümid edirəm ki, bu məsələlər tezliklə həllini tapacaq, Rusiya taxıl dəhlizi sazişinə yenidən qayıdacaq” deyib cənab Çinar.