Qara Qarayev “Araz-Naxçıvan”dan getdi

15:55 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi bildirib.

Məlumata görə, təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi oyunçuya xidmətlərinə görə təşəkkür edib və onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.