Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Hafta.az xəbər verir ki, sonuncu oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Oyun saat 14:30-da başlayacaq.
Digər matçda isə “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.
Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.