“Qarabağ” “Şamaxı”nın, “Kəpəz” “Turan Tovuz”un qonağı olacaq

10:25 05.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Hafta.az xəbər verir ki, sonuncu oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Oyun saat 14:30-da başlayacaq.

Digər matçda isə “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.

Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.