Qarabağda küçədə, qarajda, maşında gecələyən ermənilər var...- Akopyan

17:32 22.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

30 il öncə Azərbaycan torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra hələ də tör-töküntüləri qalan  separatçı-terrorçu erməni rejimin qanunsuz “qanunverici orqanı”nın  üzdəniraq “deputat”ı Metakse  Akopyan  Qarabağdakı ermənilərin kəskin evsizlik problemindən  bəhs edib.

Hafta.az xəbər verir ki,  M.Akopyan bu haqda Ermənistanın “24News” nəşrinə danışıb.

Onun sözlərinə görə,  separatçı xunta  yeni tikilmiş mənzilləri 2024-cü ilə qədər paylamalıdır, lakin hazırda sakinlərin mənzillə bağlı böyük problemləri var.

“Qarabağda bir dostunun evindən digərinə dolaşan və ya küçədə, qarajda, yaxud maşında gecələyən adamlar var, çünki yaşamağa yerləri yoxdur" - deyə separatçı “deputat” bildirib.

Siyasət rubrikasından digər xəbərlər