Qarabağda separatçılar arasında "KRESLO DAVASI"

16:18 08.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan separatçı rejimin qalıqları arasında yeni qarşıdurma başlayıb. Səbəb isə, yaxınlaşmaqda olan "prezident seçkiləri"dir.

Hafta.az-ın məlumatına görə, Qarabağda artıq "gələcək prezidentin" (separatçıların yeni rəhbərinin red.) axtarışına başlanılıb. Bu barədə “Hraparak” qəzeti yazır:

“Maraq həm keçmiş liderlər, həm generallar, həm də Ermənistan hakimiyyəti və Soros qanadı tərəfindən göstərilir. Bəzi dairələr Qarabağ Təhlükəsizlik Şurasının hazırkı katibi Vitali Balasanyanı prezident kimi görsə də, sonuncu özünü hazırda tutduğu vəzifədə gördüyünü bildirib. Digər namizəd kimi Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyanın adı çəkilir. Deyirlər ki, Qarabağın indiki prezidenti Arayik Arutyunyan ona dəstək olacağına söz verib. Arutyunyan bir neçə gün əvvəl dar çevrədə bildirib ki, Azərbaycan Rusiya vasitəsilə Qarabağ hərəkatından keçmiş şəxsin növbəti prezident olmasına mane olacaq. Bəziləri isə hesab edir ki, Arayik Arutyunyan onun namizədliyinə alternativ olmaması üçün parçalanmağa cəhd edə bilər”.