Yazını böyüt
Yazını kiçilt
“Qarabağ”ın futbolçusu Marko Yankoviç mükafatlandırılıb.
Hafta.az xəbər verir ki, futbolçunun doğma ölkəsi Monteneqronun Çetinye şəhərində 2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mükafatlandırma mərasimi keçirilib.
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç ölkə sərhədlərindən kənardakı uğurlu peşəkar karyerası və göstərdiyi yüksək nəticələrə görə təltif olunub.
O, sosial mediada bu barədə paylaşım edərək göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və qazandığı bu mükafatı karyerasının ilk addımlarında ona dəstək olan məşqçilərinə və ailəsinə həsr etdiyini yazıb.
Monteneqro millisinin üzvü olan Marko Yankoviç 2022-ci ilin yayından “Qarabağ”da çıxış edir.