“Qazaxfilm” bu il 9 film çəkəcək

09:55 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazaxfilm” Səhmdar Cəmiyyətinin prezidenti Azamat Satıbaldı Qazaxıstan kinostudiyasının maliyyə problemlərini şərh edib.

Hafta.az-ın yazdığına görə, o hazırda “Qazaxfilm”in çətin günlər yaşadığını bildirib. “Lakin biz 5 il ərzində studiyanın inkişaf strategiyasını qurmuşuq. Biz hərtərəfli, o cümlədən Qazaxıstan Mədəniyyət Nazirliyi ilə birgə iş aparmağı planlaşdırırıq. Tamaşaçı işin ilk nəticələrini gələn il görəcək. İndi biz 9 film çəkirik, onlardan 4-ü dövlət sifarişi, 5 film sponsorluq hesabınadır” deyən A.Satıbaldı bildirib ki, ilk premyeralar 2025-ci ilin fevral ayında gözlənilir.

 “Ümid edirik ki, filmlər kassada yaxşı gəlir gətirəcək”, - deyə A. Satıbaldı bildirib.