Qazaxıstan Rusiya muzeylərindəki eksponatların qaytarılmasını istəyir

11:05 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya muzeylərində saxlanılan Qazaxıstana aid tarixi əsərlərin qaytarılması dövlətlərarası müqavilə çərçivəsində həll olunacaq

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bu haqda Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

“Görünən odur ki, müxtəlif səbəblərdən xarici ölkələrə aparılan tarixi əsərlərin qaytarılması xalqımızın mənəvi dirçəlişinə xidmət edir. Nazirlik bu məsələnin əhəmiyyətini nəzərə alaraq, milli tarix, arxiv işləri, mədəniyyət mütəxəssisləri və yaradıcı ziyalılarla birlikdə xaricdəki qiymətli varlıqlarımızın və eksponatlarımızın siyahısının yaradılması üzərində iş aparıb.

Nazirliyin məlumatına görə, bu siyahıya Rusiyanın federal muzeylərinin kolleksiyalarından olan eksponatlar daxildir.

“Muzey mütəxəssislərinin fikrincə, bu gün Rusiya muzeylərində 19-20-ci əsrlərdə Qazaxıstan ərazisində aparılan elmi ekspedisiyalar zamanı alınmış və ya hədiyyə edilmiş əsərlər var. Öz növbəsində, əksər hallarda bu əşyalar qazax xalqının tarixində və dövlətimizin formalaşmasında mühüm rol oynamış şəxslərə məxsusdur. Odur ki, bu artefaktların və ya onların surətlərinin ölkəyə qaytarılması məsələsi qanunvericilik nəzərə alınmaqla iki ölkə arasında hökumətlərarası saziş çərçivəsində həllini tapacaq”, - nazirlikdən bildirilib.

Oxunma sayı 215