Qazaxıstan səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub

15:00 03.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel "Hörmət" ordeni ilə təltif olunub.

Hafta.az-ın yazdığına görə, dövlət mükafatını səfir Bayelə prezident Tokayevin adından xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.

Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıqdan və sıx əməkdaşlıqdan söz açıb.

Öz növbəsində səfir Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan - Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.

Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.