“Qəbələ”nin baş məşqçisi iş yerini dəyişib

12:28 03.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qəbələ”nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov yenidən iş yerini dəyişib.

Hafta.az xəbər verir ki, 37 yaşlı mütəxəssis “Neftçi” klubu ilə anlaşıb.

O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub.

Qeyd edək ki, Elvin Məmmədov noyabrda Birinci Liqa təmsilçisi “Səbail”in baş məşqçisi postundan ayrılaraq “Qəbələ”nin U-17 komandasına keçmişdi.