Yazını böyüt
Yazını kiçilt
Quba Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilir.
Hafta.az xəbər verir ki, respublikanın bütün qəsəbə bələdiyyələrini təmsil edən 98 nümayəndənin iştirakı etdiyi Ümumi Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, eləcə də təşkilati və digər məsələlər müzakirə olunacaq.
Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak edirlər.