QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - Rəsmi

10:20 01.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Bu barədə hafta.az-a Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".