Qırğızıstan XİN əhalni Rusiyaya getməməyə çağırdı

09:05 27.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan hökuməti ölkə vətəndaşlarına terror aktı ilə əlaqədar Rusiyaya səfər etməməyi məsləhət görüb.

Hafta.az-ın yazdığına görə, diplomatlar əlavə təhlükəsizlik tədbirləri və sərhəddə gücləndirilmiş nəzarət rejimi qaldırılana qədər tövsiyənin qüvvədə olduğunu açıqlayıblar.

Qırğızıstan Xarici İşlər Nazirliyi hazırda Rusiya ərazisində olan vətəndaşlara insanların sıx toplaşdığı yerlərə getməməyi, şəxsiyyətlərini və ölkədə qalmalarının qanuniliyini təsdiqləyən sənədləri həmişə özləri ilə aparmağı tövsiyə edib.

Qırğızıstan Xarici İşlər Nazirliyi bundan əvvəl terror aktını pisləyib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Nazirlik qeyd edib ki, “terrorçuluq beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə ən ciddi təhdidlərdən biridir”.