“Parlamentdə iş prosesi aprelin sonuna qədər başa çatacaq, lakin bundan əvvəl qiymətlərin aşağı salınması təmin edəcək variantlar üzərində işləyirik”.
Hafta.az yazır ki, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
“Qısamüddətli perspektivdə müəyyən nəticələr təmin edilə bilər, lakin qiymətlərin tənzimlənməsi və endirilməsi üçün uzunmüddətli mexanizm yaratmaq əsas vəzifəmizdir. Bunun üzərində paralel rejimdə işləyirik. Layihə yekunlaşandan sonra ictimaiyyətə məlumat təqdim edəcəyik”, - İrakli Kobaxidze bildirib.
Baş nazir media azadlığı məsələsinə də toxunub. Bildirib ki, Gürcüstanda heç bir televiziya şirkətinin - nə “İmedi”, nə də POSTV-nin media azadlığının əsas hüququ pozulmaacaq.
“Formula” televiziya şirkətinin müxbirinin Britaniya sanksiyaları şəraitində dövlət şirkətləri tərəfindən “İmedi” və “POSTV” ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı sualına cavab olaraq hökumət başçısı qeyd edib ki, həm dövlət, həm də özəl şirkətlər hər iki teleşirkətlə əməkdaşlığı davam etdirməlidir.