Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı çərçivəsində keçiriləcək Milli Bədii Film, Sənədli Film və Qısa Film müsabiqələrinə 266 layihə müraciəti edilib. Ən çox müraciət son 6 ildə, xüsusilə də Milli Bədii Film kateqoriyasında qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, 5-12 oktyabr tarixlərində keçiriləcək festivalın müsabiqə bölmələri üçün elan edilən müraciət müddəti avqustun 12-də başa çatıb.
İyulun 29-da başlanılan və iki həftə ərzində açıq qalan Milli Bədii Film, Sənədli Film və Qısa Film Müsabiqəsi kateqoriyalarına bu il 266 müraciət qəbul edilib.
Son 10 ildə ən çox müraciət edən Milli Bədii Film Müsabiqəsinə 50, Milli Qısa Film Müsabiqəsinə 169, Milli Sənədli Filmlər Müsabiqəsi kateqoriyasına isə 47 müraciət edilib.
Milli seçimdə yarışacaq filmlər üçün Türkiyə premyera tələbi olduğu halda, seçimə daxil olan filmlərin ən geci sentyabrın 6-da açıqlanması gözlənilir. Bu il milli yarışlarda ümumilikdə 5 milyon lirə mükafat veriləcək. Mükafatlar oktyabrın 12-də Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalının bağlanış mərasimində elan ediləcək.