Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb

12:18 03.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən hafta.az-a bildiriblər ki, qarın hündürlüyü Qırızda 5, Təngəaltıda 3, Xınalıq kəndində isə 4 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur 9 dərəcəyədək aşağı düşüb.