“Qurbanların 0.7 faizi dilənçiliyə, 0.9 faizi məcburi nikaha cəlb olunub”

11:38 16.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun 2024-ci il ərzində insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Hafta.az-ın məlumatına görə,  S.Əzimov son Qlobal Hesabata əsasən istismarın yeni formaları ortaya çıxdıqca qurbanların daha böyük hissəsinin kişilər təşkil etdiyini deyib. İstismar qurbanlarının sayı əvvəlki illərlə müqayisədə təxminən üç faiz artmış, habelə fiziki zorakılıqdan qadın qurbanlar kişilərə nisbətən üç dəfə, uşaqlar isə böyüklərlə müqayisədə iki dəfə çox zərər çəkib.

Eyni zamanda, hesabatda bildirilib ki, beynəlxalq təşkilatların məlumatlarına əsasən 2020-ci ildə qadın qurbanların yalnız 42 faizi və kişi qurbanların 23 faizi aşkar edilib. Qurbanların 0.7 faizi dilənçiliyə, 0.9 faizi məcburi nikaha, 10.2 faizi cinayətkar fəaliyyətə cəlb olunub,  38 faizi cinsi istismara, 39 faizi məcburi əməyə və 10.3 faizi istismarın digər formalarına məruz qalıb.