Quterreş Ukraynada sülh ehtimalının azaldığını açıqlayıb

19:45 06.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Baş katibi Antoniu Quterreş Baş Assambleya qarşısında çıxışı zamanı bildirib ki, Ukraynada münaqişənin sülh yolu ilə bitməsi ehtimalı azalır, eskalasiya riski isə artır. Bu barədə TASS məlumat yayıb.

“Dünya üçün perspektivlər durmadan azalır. Daha da eskalasiya və qan tökülmə ehtimalı artır. Mən qorxmuram ki, dünya kor-koranə daha böyük müharibəyə doğru gedir. O, gözlərini geniş açıb ona tərəf gedir”, - baş katib bildirib.

O, həmçinin beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatın Nizamnaməsinə uyğun olaraq nizamlanmanın zəruriliyini bəyan edib.

Oxunma sayı 83