Son günlər "Rusiyada konsert verəcəyi" xəbəri pərəstişkarlarını küçələrə çıxarmağa bəs edən məşhur amerikalı reper Kanye Uest həftə sonu tək-tənha Moskvaya gəlib. Lakin Uestin Moskvada olması mediaya sızan zaman onun qaldığı Qızıl Meydandakı “Four Seasons” otelinin qarşısı pərəstişkarları tərəfindən “mitinq meydançası”na çevrilib.
Hafta.az-ın yazdığına görə, Kanye Uestin Rusiyaya beynəlxalq şöhrətli rus dizayner Qoşa Rubçinski adlı dostu Georgi Aleksandroviç Rubçinskinin 40 illik yubileyinə gəldiyi açıqlanıb. Bildirilib ki, amerikalı sənətçi Rubçinskinin ad gününü “Beluga” restoranında qeyd edib və şəhəri, o cümlədən Qızıl Meydanı gəzib. Keyn və Qoşa Rubçinskinin GUM-dakı “Bosco Cafe” restoranında nahar etdikləri açıqlanıb.
Qoşa Rubçinskinin mətbuat xidməti məlumat verib: “Qoşanın ad günü “Beluqa” restoranında olub və Kanye Uest də axşam Moskvanı gəzib, Qoşanın evində olub, valideynləri və ailəsi ilə görüşüb, 40 illik yubileyi münasibətilə təbrik edib. Bu səfər tamamilə özəldir. Bu, heç bir kommersiya öhdəliyi olmayan dostluq səfəridir, ona görə də biz rəssam Kanyenin biznes fəaliyyəti ilə bağlı heç bir məsələyə münasibət bildirə bilmərik”.
Sosial şəbəkələrdə Kanye Uestin Moskvada olması xəbəri yayılanda yüzlərlə pərəstişkar “Four Seasons” otelinin qarşısına toplaşıb, polis əlavə təhlükəsizlik tədbirləri görüb, otelin girişi metal baryerlərlə bağlanıb.
Baza Telegram kanalı Kanye Uestin “Four Seasons” otelində 1,1 milyon rubl (təxminən 13 min dollar) dəyərində olan "king suite"də gecələdiyini yazıb. Şəxsi təyyarəsi ilə Moskvaya gələn və bir gecə qalan Kanye Uest də sosial media hesabında paylaşdığı "Salam Moskva" qeydi ilə səfərini "rəsmi" olaraq təsdiqləyib.
Bu Yeni ildə Kanye Uest və Qoşa Rubçinski "Yeezy" brendi altında ilk birgə geyim kolleksiyasını təqdim ediblər.