Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq

15:16 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin hakimiyyətinin Rusiya Federasiyasına münasibətdə qeyri-dost hərəkətləri ilə əlaqədar Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin azaldığını açıqlayıb.

Bununla əlaqədar olaraq, səfir Marqus Laidre yanvarın 23-də Moskvadakı Xarici İşlər Nazirliyinin binasına çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“İndi Estoniya Rusiyanın Tallinndəki səfirliyinin sayını kökündən azaltmaq üçün yeni qeyri-dost addım ataraq ölkələrimiz arasında münasibətlərin dağılması istiqamətindəki xətti təsdiqləyib. Cavab olaraq Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndənin rütbəsini müvəqqəti işlər vəkili vəzifəsinə endirmək qərarına gəlib”, - Rusiya nazirliyinin bəyanatında deyilir.

Estoniya səfirinə 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək əmri verilib.