Yazını böyüt
Yazını kiçilt
Rusiya Bankının İdarə Heyəti uçot faiz dərəcəsini 350 baza bəndi artıraraq 8,5%-dən 12,00%-ə çatdırıb.
Hafta.az bu barədə Banka istinadən xəbər verir. Bildirilib ki, bu qərar qiymət sabitliyinə olan riskləri məhdudlaşdırmaq məqsədi daşıyır.
"Rusiya Bankının qərarı inflyasiyanın 2024-cü ildə 4%-ə qaytarılması və bundan sonra da 4%-ə yaxın sabitləşdirilməsi üçün zəruri olan monetar şəraitin və ümumi daxili tələb dinamikasının formalaşdırılmasına yönəlib"- Bankın şərhində bildirilib.
Qeyd edək ki, Rusiya Bankının İdarə Heyəti uçot dərəcəsi ilə bağlı növbəti qərarını sentyabrın 15-də açıqlayacaq.