NATO ölkələrinin Ukraynaya tədarük edəcəyi xarici tankların çəkisi onların döyüş meydanında uğurla istifadəsinə maneə ola bilər. Bu barədə Newsweek yazır.
Məqalədə qeyd edilir ki, T-72 və T-80 tanklarının çəkisi 45 tona yaxındır. Eyni zamanda, Amerika M1A1 Abrams tankının çəkisi 67 ilə 74 tona qədər dəyişə bilər.
“Bu, nəqliyyat vasitələrinin hansı körpülərdən təhlükəsiz keçə biləcəyinə təsir edir”, - deyə nəşr yazır və qeyd edir ki, bu, döyüş meydanında gələcək manevrlərin yerini və sürətini müəyyənləşdirir.
Qeyd olunur ki, Ukraynanın istifadə etdiyi ponton keçidləri xarici istehsalı olan zirehli maşınların deyil, sovet tanklarının çəkisi altında hazırlanıb.
Zabit Frank Ledvic məqaləsində qeyd edib ki, “Rusiya hərbi kəşfiyyatı yararsız körpülərdən yan keçmək üçün Ukrayna Silahlı Qüvvələrinin logistik həllərindən faydalanacaq”.