Rusiya səfirindən ağıllı qərar

09:35 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Varşavada fəallar Rusiyanın təcavüzü nəticəsində həlak olan ukraynalıların xatirəsinə ucaldılmış yeni xatirə abidəsi ilə Rusiya səfirinin sovet abidəsinə gedən yolunu kəsiblər, buna görə də səfir bu instalyasiya önünə gül dəstələri qoyub.

Hafta.az-ın “Europeyskaya Pravda”ya istinadən yazır ki, bu barədə “Avromaydan-Varşava” təşəbbüsünün fəalı Natalya Pançenko məlumat verib.

Fəallar Varşavada sovet əsgərlərinə ucaldılmış abidənin ətrafında müharibə nəticəsində viran olan Ukrayna şəhərlərini və ölmüş ukraynalıların simvolik məzarlarını əks etdirən böyük abidə yaradıblar. Plan belə idi ki, səfir “ya rusların atəşə tutduğu Mariupol, Buça, İrpenin simvolları quraşdırılmış əsas girişdən insancasına keçməli və bu halda bilərəkdən, şüurlu şəkildə ukraynalıların məzarları və qanları üzərində gəzməli, ya da yan tərəfdəki girişlərdən yol tapmağa çalışmalıdır". Nəticədə səfir vəziyyəti düzgün qiymətləndirərək abidənin özünə yaxınlaşmayıb və gətirilən gülləri fəalların yaratdığı instalyasiyanın önünə qoyub.

Rusiya səfiri Sergey Andreyev kütləvi informasiya vasitələrinə şərhində ikinci ildir ki, bu cür maneələrə görə sovet əsgərlərinin xatirəsini yad edə bilməməsindən təəssüfləndiyini bildirib, lakin dərhal əlavə edib ki, buna görə “peşman deyil”.

Mayın 9-dan əvvəl Rusiya səfirliyi Polşa Xarici İşlər Nazirliyinə “ictimai asayişin qorunmasını təşkil etmək” xahişi ilə müraciət edib.

Siyasət rubrikasından digər xəbərlər