“Ermənistan siyasi rəhbərliyinin və Xankəndində terrorçu Arayik Aratunyanın əsas planı Hadrutu geri almaqdır. Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmamazlıqdan onlar buranı tərk edə yaxud təslim ola bilərdilər”.
Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə erməni silahlılarının ərazilərimizdə törətdiyi terror, sülhməramlıların erməni cinayətkar əməllərinə dəstək verməsi ilə bağlı açıqlamasında bildirib.
Politoloq bildirib ki, Xankəndindəki terroçubaşlar Arayik Aratunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan ordusunun hücum etməyəcəyinin fərqindədirlər. Rusiya sülhməramlı qüvvələri erməni terrorçulara dəstək verdiyi üçün Hadrut əməliyyatlarına start veriblər.
“Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndi və bir yüksəkliyi nəzarəti ələ alıb. Bundan sonra Ermənistan prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya süıhməramlı qüvvələrinin yerləşdirilməsidir”.
Politoloq hesab edir ki, Moskva bu prosesdən məmnundur. Onun fikrincə, Rusiya Dağlıq Qarabağda belə bir insidentlərin davam etməsində maraqlıdır və Qarabağda sülh və təhlükəsilzliyin təmin edilməsini istəmir.
“Həmçinin bu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı yönəlib. Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planın qarşısını alacaq. Azərbaycan prezidenti İlham Əliyev Minsk qrupu həmsədrlərinə diplomatik master-klası bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi. Göründüyü kimi Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Dağlıq Qarabağda münaqişəni davam etdirməkdir. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər, qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarında mühəndis istehkam işlərini davam etdirməsi məhz bu planın tərkib hissəsidir. Yoxsa, sülhməramlılar bu qədər güclü müdafiə sistemləri niy' qursunlarki?! Ermənilərlə birgə yaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində Rusiyada maraqlı görünümür”.