Rusiya sülhməramlıları Qarabağda 70 hektardan çox ərazini minalardan təmizləyib

13:10 10.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın mühəndis-istehkam birləşmələri Qarabağda 70 hektardan çox ərazini və 23 km-dən çox yolu minalardan təmizləyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 4,5 mindən çox partlayıcı zərərsizləşdirilib: "Ümumilikdə, Qarabağdakı mühəndis bölmələri 70 hektardan çox ərazini, 23 km-dən çox yolu, 157 evi və sosial obyekti minalardan təmizləyib və 4500-dən çox partlayıcı aşkar edilərək zərərsizləşdirilib”.

Müdafiə Nazirliyi son bir gündə 5 hektara yaxın ərazinin, 500 metr yolun və 24 binanın təmizləndiyini, altı partlamamış hərbi sursatın aşkar edilərək məhv edildiyini açıqlayıb.