Rusiya üçtərəfli hücuma hazırlaşır - Aleksey Danilov

10:39 01.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də müharibənin ildönümünə təsadüf etdiyi kimi şimaldan, cənubdan və şərqdən genişmiqyaslı hücum həyata keçirməyə cəhd edə bilər, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu barədə Sky News-a bildirib.

“Rusiya maksimum eskalasiyaya hazırlaşır”, – deyən Danilov, “O, bütün mümkün qüvvələri toplayır, təlimlər keçirir”.

Danilov bildirib ki, ən ağır döyüşlər hələ qarşıdadır və növbəti bir neçə ay müharibədə həlledici olacaq.

Eyni zamanda, indi Ukrayna ordusu Qərb tərəfdaşlarından, o cümlədən Britaniyadan bir il əvvələ nisbətən daha çox dəstəyə malikdir, deyə o əlavə edib.