Rusiyada hər il artan işçi çatışmazlığı rekordu qıraraq 2023-cü ildə 4,8 milyon nəfərə çatıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Nikolay Axapkinin araşdırmasına görə, son iki ildə Rusiyada işçi qüvvəsi çatışmazlığı kəskin şəkildə artıb. Axapkinin qeyd etdiyi kimi, işçi çatışmazlığı hazırda işləyənlərin sayının sabit qaldığı şəraitdə də özünü göstərir.
İxtisaslı və qeyri-ixtisaslı işçilərin çatışmazlığı əmək tələbatını ödəyə bilməməsinə səbəb olduğundan, bu vəziyyət Rusiya iqtisadiyyatının artım sürətinin də yavaşlamasına səbəb olur.
“Rosstat”ın məlumatlarına görə, bu ilin ortalarında vakant yerləri tutmaq üçün işçilərin sayının 6,8 faizini təşkil edən əlavə işçi qüvvəsi lazım idi. 2022-ci ildə bu rəqəm bütün işçilərin 5,8 faizini təşkil edib.
Məlum olub ki, 2023-cü ilin sonuna kimi kadr çatışmazlığı biznesin inkişafına əngəl törədən əsas amillərdən biridir.
“Potok” şirkətinin HR-Tech araşdırmasına görə, bu il sorğuda iştirak edən şirkətlərin 88 faizi, xüsusən də iri müəssisələrin nümayəndələri (93 faiz) kadr çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
İşçi qüvvəsi çatışmazlığı və iş axtaranların artan tələbləri səbəbindən şirkətlərin 13 faizi bəzi vəzifələrə işə qəbulu dayandırıb, 2 faizi isə işçi axtarışını tamamilə dayandırıb.