Rusiyadakı türk seçicilər 2018-ci ildə kimə səs veriblər?

14:10 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasında mayın 14-də keçiriləcək prezident və 28-ci dönəm millət vəkili seçkiləri üçün səsvermə dünən axşam başa çatıb. Qeydiyyatdan keçmiş seçicilər, Türkiyənin Moskvadakı səfirliyi, Sankt Peterburq, Kazan və Novorossisk Baş Konsulluqları, dünən yerli vaxtla saat 21:00-a qədər səs veriblər.

Hafta.az-ın yazdığına görə, səfirlikdə toplanan seçki bülletenləri təyyarə ilə Türkiyəyə göndərilərək Ali Seçki Qurumuna təqdim ediləcək.

Səsvermə aprelin 29-da başlayıb və 9 gün davam edib.

YSK-nın məlumatına görə, Rusiya Federasiyasında 14357 seçici qeydə alınıb.

Məlumat üçün deyək ki, 2018-ci ildə 11350 qeydiyyatda olan seçicinin olduğu Rusiya Federasiyasında ümumilikdə 3948 nəfər səs verib.

24 iyun 2018-ci ildə keçirilən seçkilərdə Rusiyada səsvermə əmsalı 27,5 faiz səviyyəsində qalıb. Qeydiyyatda 11350 seçicinin olduğu Rusiyada 3121 seçici 14 seçki mərkəzində səs verib və birinci yeri CXP tutub.

Rusiyada keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 27,26 faiz, Məhərrəm İncə 56,61 faiz, Səlahəddin Dəmirtaş 8,94 faiz, Maral Akşenər 6,04 faiz, Təməl Karamollaoğlu 0,64 faiz və Doğu Perinçək 0,51 faiz səs toplayıb.

Fərqli məlumatlara görə, Rusiyada təxminən 50 min Türkiyə vətəndaşının yaşadığı təxmin edilir. Qeydə alınmış seçicilərin sayı 11350 nəfərdir.

Siyasət rubrikasından digər xəbərlər