Rusiyalı deputat: “Ukraynalıları qırmaq lazımdır!”

10:22 09.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Parlamentinin aşağı palatası olan Dövlət Dumasının üzvü Aleksey Juravlev televiziya proqramında qalmaqallı soyqırım çağırışı edib.

Hafta.az yazır ki, ukraynalıların 30 faizinin “nasist” olması ilə bağlı paranoyadan təsirlənən rusiyalı deputat, “yoluxucu xəstəliyi aradan qaldırmaq və heç kimin Rusiyaya təhlükə yaratmamasını təmin etmək üçün” ukraynalıların öldürülməli olduğuna dair iyrənc açıqlama verib.

“The Moscow Times”ın xəbərinə görə, Juravlev deyib: “Əgər bu çirkab indi kökündən çıxarılmasa, əbədi olaraq qalacaq”.

Ukraynalıların “fikirlərini dəyişə biləcəklərini” iddia edən Juravlev, “tərəflərini dəyişməyənlərin” öldürülməli olduğunu söyləyərək auditoriyasını sakitləşdirib.