Rusiyanın 21 şəhərində Qələbə Günü paradı ləğv edilib

09:10 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən azı 21 şəhərində Qələbə Günü paradları təhlükəsizlik səbəbi ilə ləğv edilib.

Hafta.az-ın yazdığına görə, paradı ləğv edənlər arasında Tümen, Nijnevartovsk və Surqut kimi Ukrayna sərhədindən çox uzaqda yerləşən şəhərlər də var.

Kremlə dron hücumundan sonra Moskva və Sankt-Peterburqda dron uçurmaq qadağan edilib. Moskva bələdiyyəsi mayın 10-dək şəhərdə avtomobil mübadiləsindən istifadəni yasaqlayıb.

Digər tərəfdən, 15 fərqli bölgədə GPS siqnallarının qarşısını alan sistemlərdən istifadə edildiyi üzə çıxıb. Rusiya mətbuatı xəbər verir ki, tətbiqlə əlaqədar Moskvada naviqasiya cihazlarında fasilələr yaranıb.

Siyasət rubrikasından digər xəbərlər