Rusiyanın artıq desant çıxarmaq üçün gəmiləri qalmayıb - Polkovnik

21:00 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Rusiya Federasiyasının amfibiya enişi ehtimalını demək olar ki, istisna edib: Rusiyanın kifayət qədər gəmisi yoxdur.

Hafta.az xəbər verir ki, bu fikri ukraynalı hərbi ekspert, polkovnik Sergey Qrabski RBC-Ukraynaya müsahibəsində bildirib.

Qrabskinin sözlərinə görə, Rusiyanın Dnestryanı adlanan əraziyə amfibiya və ya havadan eniş riski yalnız o halda yarana bilər ki, ruslar Nikolayevi yarıb Odessaya yaxınlaşa bilsinlər.

"Rusların artıq qoşun yeritmək üçün dəniz əməliyyatı üçün donanması yoxdur. Belə məsafədə hava əməliyyatı isə cəfəngiyyatdır. Belə bir əməliyyatı həyata keçirmək üçün göyə hansı qüvvələr və vasitələr qaldırılmalıdır! Bundan əlavə, desant qüvvələri Mühasirəyə alınaraq 72 saat fəaliyyət göstərə bilər.Bundan sonra quru qoşunları onlara yaxınlaşmalıdır”.

"Rusiyanın amfibiya hücumu etməsinin fiziki imkanlarını demək olar ki, istisna etdik - onların sadəcə olaraq kifayət qədər gəmiləri yoxdur. Havadan hücum isə olduqca risklidir, çünki onların davamlı hava hücumunu təmin etmək üçün belə sayda təyyarələri yoxdur". ekspert qeyd edib: "Onlar havadan 2-3 təyyarə keçürə bilər, bu bir batalyondan çox deyil. Qalanlarını isə eniş üsulu ilə və daimi atəş altında yerə endirmək lazımdır. Bizim "stingers" və digər vasitələr isə heç bir təyyarəni buraxmayacaq".

Oxunma sayı 2010