Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.
Hafta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 33,82 faizinin (2 milyon 172 min 087) səs verdiyini bildirib.
*** 15:50
Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.
Hafta.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 29,49 faizinin (1 milyon 893 min 555) səs verdiyini bildirib.
*** 12:36
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
Hafta.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.
*** 10:25
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Hafta.az xəbər verir ki, bu barədə MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
O bildirib ki, saat 10:00-a qədər respublika üzrə 636842 nəfər səs verib. Seçici fəallığı 9,92 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.