Saatlıda fərdi yaşayış evində yanğın olub

23:08 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunda yanğın baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 70 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.