Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:04 11.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Sosial rubrikasından digər xəbərlər