Sabah əfv komissiyasının növbəti iclası keçiriləcək

10:14 01.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

 

Hafta.az-ın məlumatına görə, komissiyanın növbəti toplantısının martın 2-də keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.