Sabah Lənkəranda işıq olmayacaq

23:43 03.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq.

Hafta.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.