“Sabah” “Qarabağ”ı məğlub etdi

21:30 18.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib.

Hafta.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra “Sabah” 34 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci yerdə qərarlaşıb.