Sahibə Qafarova Litva Baş naziri ilə görüşdü

16:25 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu haqda İnqa Ruqiniene “X”də paylaşım edib.

Paylaşımda Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşdüyünü qeyd edib:

"Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”.