Salyanda 13 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

15:50 05.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Hafta.az xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagird, iki əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.