Səfirlər, hərbi attaşelər Cəbrayıl və Zəngilan rayonlarına gedir - Hikmət Hacıyev

09:35 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə gedir.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.

H.Hacıyev qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.

Siyasət rubrikasından digər xəbərlər