Şəhid əsgərimiz dəfn olundu - FOTO

13:38 24.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 22-də cəbhə bölgəsində şəhid olan əsgər Ramin Abdulrəhmanov bu gün dəfn olunub

Hafta.az Trend-ə istinadən xəbər verir ki,  Quba rayonunda izdihamla keçən mərasimə 100-lərlə sakin toplaşıb. Mərhumun cənazəsi oxuduğu məktəbdən son mənzilə yola salınıb.

Şəhid əsgərimizin nəşi Quba qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

R.Abdulrəhmanovun şəkillərini təqdim edirik: