Fərid Mansurov fan-zonada azarkeşlərlə görüşüb

16:14 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı ilə bağlı təşkil olunan fan-zonada Azərbaycan Milli Olimpiya Komitəsinin və Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurov azarkeşlərlə görüşüb.

Hafta.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə Fərid Mansurov fanatlarla xatirə şəkilləri çəkdirib, onlarla səmimi söhbət edib və imza paylayıb. Gənc idmansevərlər Olimpiya çempionu ilə görüşmək və xatirə avtoqrafı almaq imkanı əldə ediblər.

Fan-zona U-17 dünya çempionatı zamanı yarış ab-havasının yaradılması, güləşin təbliği və azarkeşlərin çempionata marağının artırılması məqsədilə təşkil olunub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.