Səhiyyə Nazirliyi "YAŞAT" Fonduna vəsait köçürdü

15:10 18.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna vəsait köçürüb.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. Nazirliyin kollektivi vəsaiti Fonda təqdim edib.