Selin Dion tutulduğu xəstəlikdən danışıb

10:00 10.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Selin Dion sərt insan sindromu (SPS) ilə mübarizəsindən danışıb.

Hafta.az-ın NBC telekanalına istinadən yazdığına görə, o,  çox şiddətli əzələ spazmları olduğunu bildirərək, "Bəzən o qədər şiddətlənirdilər ki, bir anda qabırğalarım sınırdı" deyib.

Bu qıcqırmaların onun boğazında da yarandığını bildirən 56 yaşlı sənətçi, “Sanki kimsə səni boğur, boğazına təzyiq göstərir” deyib.

SPS ağrılı əzələ spazmları ilə ortaya çıxan və əzələlərdə sərtliyə səbəb olan xroniki bir sağlamlıq problemidir. Nadir nevroloji xəstəlik olan SPS həm də skelet və duruş pozğunluqlarına səbəb ola bilər.

2022-ci ildə SPS diaqnozundan sonra ilk dəfə televiziyaya çıxan Dion, əzələ spazmlarının bütün bədəninə yayıldığını ifadə edərək deyib: “Eyni zamanda qarın nahiyəsində, onurğa sütununda və qabırğalarda spazmlar ola bilər. Bir kramp alırsınız, bədəninizi bağlayır və onu aça bilmirsiniz”.

Məşhur sənətçi “Vogue France” jurnalına verdiyi müsahibədə həftənin beş günü səs terapiyası və fiziki müalicə aldığını bildirib.

Müğənnilik karyerasına davam etmək istədiyini bildirən Dion, "Əvvəlcə özümə sual verərdim: "Niyə mən? Bu necə oldu? Mən nə etdim? Bu mənim günahımdır? Amma həyat sənə heç bir cavab vermir, yaşamalısan!" deyib.

Dionun xəstəliyindən bəhs edən “I Am: Celine Dion” sənədli filmi 25 iyunda Amazon Prime Video-da nümayiş olunacaq.

Oxunma sayı 217