Şəmkirdə birmərtəbəli ev yanıb

21:56 25.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir şəhərində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağında yataq dəsti və 1 m² sahədə döşəmə yanıb, otağın pənçərə çərçivəsi və tavanı 2 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.