Şəmkirdə istixana yanıb

18:14 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Keçili kəndində ümumi sahəsi 7000 kv.m olan istixananın polietilendən ibarət üzlüyü 500 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.