Səngəçal qəsəbəsində növbəti səyyar görüş keçirilib

16:00 05.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az yazır ki, görüşdə rayon hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, Səngəçal Elektrik Stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri və ümumilikdə 100-dən çox qəsəbə sakini iştirak edib. Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Sakinlərdən 13 nəfəri fərdi qaydada dinlənilib. Qaldırılan problemlərdən həlli mümkün olanlar yerindəcə aradan qaldırılıb, vaxt tələb edənlərin həlli istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib. Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib. Görüşün sonunda işsizliklə bağlı səyyar qəbulda müraciət etmiş vətəndaşların müraciətləri Sanqaçal Elektrik Stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri tərəfindən araşdırılıb və onlara müvafiq işlər təklif edilib.